“Ağıllı” Kontakt Linzalar Xərçəng Hüceyrələrini Aşkarlayacaq

“Google” şirkəti qanda şəkərin miqdarını dəqiq ölçə bilən “ağıllı” kontakt linzalarının hazırlanması üçün patent hüququ alıb.

Xüsusilə şəkərli diabet xəstələrinin şəkərin miqdarını gün ərzində nəzarətdə saxlamaq üçün əlverişli hesab edilən linzalar, qanda şəkərin miqdarını ölçməklə yanaşı, ölçmənin nəticələrini miniatür simsiz rabitə vasitəsilə smartfonlara yüklənə biləcək qurğulara göndərir.

Diabet xəstələri üçün qanda şəkərin səviyyəsini daim bilmək böyük əhəmiyyət kəsb edir. “Ağıllı” kontakt linzaların hazırlanması layihəsi üçün “Google” şirkəti hələ 2014-cü ilin iyul ayında “Novartis” şirkəti ilə ikitərəfli əməkdaşlıq haqqında saziş imzalayıb.

“Ağıllı” kontakt linzaların yaradılmasında “Google X” metodlarından istifadə olunub. Elmi cəhətdən “Google Glass” adlandırılan layihə robot texnikası ilə hazırlanaraq dünya bazarında ön planda yer alacaq.

Belə ki, portativ qurğuda işləyən “Google X” metodu xərçəng hüceyrələrini dəqiq izləyə bilir. Xüsusi detektorlar maqnit bilərziklər vasitəsilə işləyir və qanda mövcud ola biləcək müxtəlif xərçəng hüceyrələrini aşkarlayır. Nanorobotlar isə nəticələrin monitorinqini həyata keçirir.

“Google” şirkəti hazırlanan layihələrin nə zaman satışa çıxarılacağı ilə bağlı dəqiq məlumat verməyib. “Ağıllı” linzaların ilkin bazar qiyməti ilə əlaqəli də heç bir məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Main Menu

Sualınız var? Whatsapp'da yazın!