Linza Necə Taxılır ?

Linzalarımızı taxmazdan əvvəl mütləq əllərimizi yuyub qurulamalıyıq. Linzalarımızı qarışdırmamaq üçün əvvəlcə sağ linzanı taxmağı vərdiş halına gətirin. Linzanı qabından çıxarıb işarət barmağınızın üzərinə yerləşdirin. Linzanın düzgün səthinin üstdə olmasına diqqət edin. Digər əlinizin işarət və orta barmağı ilə üst göz qapağınızı kirpikləri də basdıraraq yuxarı qaldırın. Aynada gözünüzə baxın və yumşaq bir hərəkət ilə linzanı gözünüzə dəydirdiyinizdə linza yerinə oturacaqdır. Daha sonra göz qapağınızı yavaşca bağlayıb linzanın mərkəzləşməsi üçün yavaşca qapaq kənarlarına masaj edə bilərsiniz.

Linzanı Çıxartma

Linzalarınızı çıxartmaq üçün yuxarı baxın və alt göz qapağınızı aşağı doğru çəkin. İşarət barmağınızla linzaya toxunaraq aşağıya çəkin. İşarət və baş barmağınızla tutaraq linzanı gözünüzdən çıxarın.

Kateqoriyalar