Linzaların Təmizliyi

Linza qulluq vasitələri işinizi daha da asanlaşdıracaqdır. Lakin linzanı solusyonda gözlətmək tam olaraq təmizləndiyi mənasına gəlmir

Linzaya əl ilə təmas etməzdən əvvəl əllərinizi mütləq yaxşıca yuyub qurulayın. Bundan sonra linzanı taxma prosesinə keçə bilərsiniz. Əliniz nəm olarsa linza əlinizdən düşə bilər.

Linzanızı taxacağınız yerdə ayna mütləq olmalıdır. Gözünüzdən çıxartdığınız linzanı ovcunuza damlatdığınız bir neçə damcı linza solusyonu ilə birlikdə linzanızın ön və arxa tərəfini işarət barmağınızla ovalamağınız kifayətdir. Bu sırada dırnaqlarınızın linzaya dəyməməsinə diqqət göstərin.

Linzanın durulandığına əmin olduqdan sonra qabına qoyun və linzaların üstünü örtəcək qədər solusyon tökün.

Sərt linzalarda isə quruması linzanı korlamasa da dezinfeksiyası üçün nəmli saxlamaqda fayda var.

Linzanı gözünüzə taxdıqdan sonra linza qabını da solusyon ilə çalxalayın. Təmizlik üçün linza qutunuzun qapağını hər zaman qapalı saxlamağa diqqət edin.

    Bir cavab yazın

    Kateqoriyalar