Gözü Nəmləndirən Linza Yaradıldı

Yaponiyadakı Tohoku University mərkəzində Professor Matsuhiko Nishizawa rəhbərliyindəki bir araşdırma komandası gözlərin qurumasını əngəlləyən yeni  linza yaratdı.

Linzalar eynəklərə nisbətən daha konfortlu alması və daha rahat istifadəsi linzaları bir addım önə çıxarır və linzaların seçilməsində böyük rol oynayır. Lakin linza istifadəsi quru göz sendromu adı verilən sendromun yaranmasına səbəb olur. Professorlar bu vəziyyəti tam tərsinə çevirə biləcək yeni bir proekt hazırladı.

Uzun müddətli linza istifadəsi gözlərdə iki mexanizma ilə quruluq yarada bilir. İlk olaraq istifadəçinin göz qırpma sayını azaldır, bu hal nəticəsində də şəxs daha az göz qırpır və hər göz qırpma ilə nəmlənən göz daha az nəmlənmiş olur. İkinci olaraq kontakt linzalar gözdəki nəmin buxarlaşma sürətini artırır. Bunun nəticəsində də gözlər quruyur və quru göz sendromu nəticəsində kornea yaraları, enflamasyon və çeşitli xəstəliklər yaranır.

Prototip linza hazırlandı

Hazırlanan prototip linza elektroosmotik axış teorisi ilə göz səthi və öz səthi arasında göz yaşından yaranan nəm təbəqəsinin davamlı olaraq yaranmasını təmin edir.

    Bir cavab yazın

    Kateqoriyalar