Kontakt Linza Haqqında

Görmə problemlərinin düzəldilməsində, göz rənginin dəyişdirilməsində, ya da kornea xəstəliklərinin müayinəsində kontakt linza istifadə edilməkdədir.

Kontakt linzalar, 1800-ci illərdə göz bəbəyinin önünü tamamən örtən üfləmə şüşə linzalardan hazırlanan incə plastik kornea linzalarına uzanan bir evrim keçirmişdir. Günümüzdə linza çeşitləri və maddələri istifadə seçənəkləri ilə çeşitlidir.

Göz strukturuna uyğun kontakt linza seçimi üçün göz həkimi tərəfindən göz müayinəsi aparılır. Müayinədə istifadə ediləcək linza tipi, dərəcəsi və ölçüsü müəyyənləşdirilir. Uyumu müəyyənləşdirmək üçün eyni anda vəya mümkün olan ən yaxın diyoptridə bir linza taxılır. Linzanın hərəkəti, dəngəsi, ortalaması incəlir.

Uyğun Kontakt Linza Kriteriyaları

Kontakt linzalar, korneanın üzərində duracaq şəkildə dizayn edilmişdir. Əsas olaraq gözün ön qismini örtən gözyaşı zərinə yapışaraq və biraz da göz qapaqlarının təziqi ilə yerində dururlar.

Göz qırpıldıqca göz qapağı kontakt linzanın səthində sürüşərək önünnü yavaşca hərəkət etməsinə səbəb olur. Bu hərəkət gözyaşlarının gərəkli sürüşkənliyi təşkil etməsinə icazə verir və birikintilərin yuyularaq atılmasına kömək edir.

Çox bərk linza heç hərəkət edə bilməz. Gözdə həssasiyyət yarada bilər. Başda istifadəçi rahat ola bilər amma görüş dəqiqliyi zəifdir. Uzun müddətdə komplikasiyalara səbəb ola bilər.

Çox yumşaq linza normadan çox hərəkət edər. Alt göz qapağı linzanı çox hiss edər. Göz qırpma sonrası görüntü bulanır. Linza mərkəzdən qaçar. Linza kənarları qıvrıla bilər.

  • Gözə uyğun olan linza, yaxşı ortalanmış olub, korneayı əhatə edər.
  • Gözyaşının dolaşımı üçün linza yavaş hərəkət etməlidir. Push-up testində və göz qırpma sonrasında 1 mm vertikal hərəkət edə bilməlidir.
  • İstifadəçi net və rahat görməli, linzanı hiss etməməlidir.
  • Göz qırpma sonrası görüş dəyişməməlidir.
  • Kənarı gözə təziq etməməlidir.
  • Kontakt linzalar ilə yatılmamalıdır. Dənizə ya da havuza girilməməlidir.
  • Kontakt linza istifadə edərkən gözünüzdə qızarıqlıq vəya batma hissi olduğunda dərhal linzanı çıxarıb həkimə müraciət edilməlidir.

Linzaların Fiziki Xüsusiyyətləri

Arxa səth: Linzanın kornea ilə təmas edən qismidir.

Ön səth: Linzanın kornea ilə təmas etməyən tərəfidir. İşığın qırılmasını, qırma qüsurunu düzəltmək üçün lazımi ölçüdə dəyişdirəcək şəkildə əyimlidir.

Bace curve: Bir linzanın rahat ola bilməsi üçün gözə təmas edən arxa səthi ilə korneanın ön səthinin uyumlu və bənzər əyimdə olması vacibdir. Təməl əyri, arxa səthin optik sahəsinin yarısı qədərdir. Linzanın gözə uydurulması əyimi olduğu üçün ən önəmli parametrlərdən biridir. İstifadə edilən linzanın çox sıx olduğu hallarda təməl əyri böyüdülməli, əks halda balacalaşdırılmalıdır.

Daha böyük təməl əyri düzdür və FLAT olaraq adlandırılır. Daha balaca təməl əyri isə əyimlidir, STEEP olaraq adlandırılır.

Çap: Linzanın mərkəzində ən çöl kənarından digər kenara doğru alınan mm ölçüsüdür. Çap linzanın gözə uyumuna təsir edir. Yumşaq linzalarda bu dəyərlər 13.5 / 14.5mm sərt linzalar üçün 7 / mm arasındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Main Menu

Sualınız var? Whatsapp'da yazın!