Linza Nədir ?

Günümüzdə istifadəçiləri xeyli artan ama bir o qədər də haqqında şəhər əfsanəsi olan kontakt linzalar haqqında məlumat sahibi olmaq istəyirsinizsə gəlin sizə bu tibbi cihazları təqdim edək.

KONTAKT LİNZA NƏDİR?

Kontakt linza kornea üzərinə yerləşdirilərək gözdəki görmə qüsurlarını əngəlləmək üçün istifadə edilir. Şəffaf və əyimli struktura malikdirlər. Ümumilikdə rəngsiz olaraq istehsal edilən şəffaf linzalar gözünüzə taxdığınız zaman linzanı daha yaxşı görə bilməyiniz üçün azca rəngləndirilir. Linza gözdəki yaxını görmə pozğunluğunu (hipermetropi), uzağı görmə pozğunluğunu (miyopi) kimi qüsurları düzəltmək və bəzi göz xəstəliklərinin müalicəsi üçün istifadə edilir. İdmançılar kimi eynək ilə hərəkət sahəsi məhdudlaşan istifadəçilərə daha rahat bir yaşam təmin edən linzalar bir çox istifadəçinin işini komfortlu etmələrinə kömək edir.

KONTAKT LİNZALARIN TARİXİ

Bir çox insan tərəfindən çox yeni bir texnologiya olduğu düşünülsə də kontakt linzaların tarixi Leonarda da Vinci’nin 1508-ci ildə etdiyi rəsmlərə qədər dayanmaqdadır. 19-cu əsrdə şüşədən istehsal edilən linzalar yenə Alman bir oftamolog tərəfindən gözə taxıla bilən bir şəkildə istehsal edilmişdir. Günümüzdə adətən silikon hidrojel materiallardan istehsal edilən kontakt linzalar texnologiyanın bizə verdiyi nemətlər arasında artıq yerini almışdır.

KONTAKT LİNZALARIN NÖVLƏRİ

Görmə qüsurlarını düzəltmədə köməkçi olaraq istifadə edilən kontakt linzalar artıq kosmetik məqsədli göz rəngini tündləşdirmək vəya ümumilə dəyişmək üçün də istifadə edilir. Kostyum linzalar isə filmlərdə izlədiyimiz xüsusi effektlərin bəzilərinin edilməsində böyük rol oynayır.

Main Menu

Sualınız var? Whatsapp'da yazın!