Rəng Korluğu

Rəng korluğu-Daltonizm gözün görmə mərkəzindəki xüsusi piqmentlərin yoxluğu və yaxud əskikliyi nəticəsində yaranan xəstəlikdir. Bunun nəticəsində daltoniklər müəyyən rəngləri ya qara, ya da olduğundan tünd görürlər.Ən çox rastlananı qırmızı, mavi, yaşıl rənglərinin eyni-qara rəngdə və qırmızı-yaşıl, mavi-sarı rənglərinin əskik görünməsidir.
Daltonizm tam rəng korluğu və qismən rəng korluğu olmaqla iki başlıca qrupa ayrılır. Uşaqlıq və ya yeniyetmə dövründən başlayır və yaş ilərlədikcə xəstəlik də ağırlaşır.
Xəstənin rəngləri əskiksiz görməsi üçün 3 növ kolbacıq hüceyrəsinin birlikdə işləməsi lazımdır.Normal halda rəngləri görmək Trixromat adlanır.Əgər insan görmə zamanı iki növ kolbacıq hüceyrəsinə sahibdirsə, o zaman yalnız bu kolbacıqların aldığı rəng dalğalarını qəbul edər və əskik olan kolbacığın qəbul etdiyi rəngi görə bilməz.Bu hal isə Dixromatik görmə adlanır.
Məsələn, qırmızı dalğaya həssas kolbacıq hüceyrəsi yoxdursa qırmızı rəng korluğu (Protonopia), yaşıl rəngə həssas kolbacıq hüceyrələri yoxdursa yaşıl rəng korluğu (Deuteronopia) müşahidə edilir.
Protonopia zamanı tünd qırmızı rəngi görmə mümkün olmaz.Bu zaman xəstə digər iki kolbacığın aldığı rəngləri-mavi, yaşıl və bu iki rəngin qarışığını görər.(Buna bənzər olaraq deuteronopia zamanı da yaşıl rəng ayırd edilə bilməz, qırmızı, mavi və bunların qarışığı görülər.)
Tək kolbacığa malik olduqda isə bu Monoxromatik görmə adlanır.Monoxromatik daltoniklər mavi və sarı rəngləri ayıra bilmədiyindən bu hal qırmızı-yaşıl rəng korluğu da adlanır.
Heç bir kolbacıq olmadıqda isə xəstə yalnız ağ və qara rəngləri görür ki, bu da nadir hallarda rast gəlinən bir haldır.(Anopia) İlk dəfə xəstəlik 1798-ci ildə John Dalton adlı bir kişidə rast gəlinmişdir.Xəstəliyin ortaya çıxmasının bir çox səbəbi vardır.Başlıca səbəbi genetik faktordur.Beləki,xəstəlik X xromosomu üzərində daşınır.Daltonik olan bir kişinin qızı bu xəstəliyin yalnız daşıyıcısı olur və əlamətlərə rast gəlinmir.Bu qızın oğlunda isə xəstəlik üzə çıxır. (Əgər ata xəstə, ana isə daşıyıcıdırsa oğlan uşaqlarının 50 faizi xəstə olur.) Digər bir səbəb beyin travmaları və gözün üst təbəqəsinin zədələnməsidir.Rəng korluğunun ən yayğın forması uşaq ikən ultrabənövşəyi şüalara çox məruz qalınmasıdır.
Rəngli görmə insanlarla yanaşı bəzi balıqlarda, amfibilərdə, sürünənlərdə, bəzi quşlarda, arılarda,kəpənəklərdə müşahidə edilir.Buna görə də bu heyvanlarda da Daltonizm görülmüşdür.
Rəng korluğunun diaqnozu üçün bir çox testlər vardır.(İshihara, Fransworth Munsel D-15, Farnsworth Lunern) Aşağıda bəzi testlər verilmişdir:

img_6311

Daltonizmin dəqiq bir müalicəsi yoxdur.Lakin qismən rəng korluğu olduqda xromogen linza və xüsusi eynəklərlə xəstənin görə bilmədiyi rənglər parlaq bir hala gələ bilir.

Ikinci dünya müharibəsində Alman elm adamları qırıcı təyyarələrinə xüsusi olaraq daltonikləri pilot köməkçisi olaraq qoymuşlar.Onlar quş baxışı olaraq bilinən stratejik nöqtələri daha tez görmüşlər. Daltoniklər normal insanların görə bilmədiyi rəngləri görür, təbiətdə gizlədilmiş cisimləri ayırd edə bildikləri üçün müharibə zamanı əsgərlərin gizləndiyi yerləri göstərməyə müvəffəq olmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Main Menu

Sualınız var? Whatsapp'da yazın!